22 Noyabr 2024 - 22
24 saatlıq növbəli iş rejimi ilə əl-Əqilə Zeynəb məqbərəsinin inşası ilə bağlı qazıntı işlərinin 60 faizi artıq yekunlaşıb.
Bu barədə İmam Hüseyn məqbərə kompleksinin mühəndislik departamentinin direktoru Məhəmməd Həsən Kazım bildirib. Onun sözlərinə görə, artıq 40 metr dərinliyədək divar səddi inşa edilib. Bu yeraltı divar yaxınlıqdakı binaları da qoruyur və qrunt sularının məqbərəyə sızmasının qarşısını alır.
Həsən Kazım bildirib ki, iki mərtəbəsi yerin altında olmaqla layihə ümumilikdə dördmərtəbəli olacaq və müasir islam memarlığına əsaslanacaq.
Qeyd olunub ki, İmam Hüseyn məqbərə kompleksinin genişləndirmə layihəsi çərçivəsində görülən işlərə əl-Əqilə məqbərəsinin inşası, böyük kitabxana, İmam Hüseyn (ə) adına yeni muzey, İmam Hüseyn məqbərəsinin yemək zalı və digər xidmət obyektlərin tikintisi daxildir.
/imamhussain.org/