03 Dekabr 2025 - 3
İmam Hüseyn məqbərəsinin Varis əl-Ənbiya Universiteti İslam elmləri fakültəsini açmağı planlaşdırır.
Ali Təhsil Nazirliyini təmsil edən komitə üzvləri Universitetə səfər edərək fakültə üçün nəzərdə tutulmuş tədris binasına və sinif otaqlarına baş çəkiblər. Komitə sədri dr. Səna əl-Zubeydi bildirib ki, fakültə iki bölmədən ibarət olacaq: Quran elmləri bölməsi və Hüquqşünaslıq və əsasları bölməsi. Zubeydi Universitetin insan resursları üzrə potensialından və şəraitindən məmnun qaldığını qeyd edib. Səfərdən sonra Ali Təhsil Nazirliyi açıqlama yayaraq Universitetin sözügedən fakültənin açılması üçün zəruri olan bütün tələblərə cavab verdiyini bəyan edib. Bildirək ki, Universitetdə indiyədək hüquq, dayəlik, mühəndislik, idarəetmə və iqtisadiyyat fakültələri fəaliyyət göstərib. Qeyd edək ki, İmam Hüseyn ziyarətgahının nəzdindəki Varis əl-Ənbiya Universiteti 2017-ci ilin sentyabrından fəaliyyətə başlayıb.
/imamhussain.org/
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto