21 Noyabr 2024 - 21
Təlli-Zeynəbi Kərbəlada İmam Hüseynin (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşurada həzrət Zeynəbi-Kübra qaçaraq o təpənin üzərinə çıxdı. O kiçik təpə və onun üzərində duran səbirlilər sərvəri həzrət Zeynəb o gün dünyanın ən böyük faciəsinə şahidlik etdilər.
Təlli-Zeynəbi İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5-6 metr hündürlükdədir. Bu təpə və bu məqam Aşurada o faciəyə hamıdan çox şahidlik etdi. Həzrət Zeynəbi-Kübra özünü bura çatdırdı və buradan o faciəni gördü. O gündən bu məqama Təlli-Zeynəbi deyirlər.
İndi bu məqam İmam Hüseynin hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır. Hicri təqviminin 1398-ci ilində nisbətən hündür olan bu məqamdakı tikili yenidən inşa edildi və indi onun ərazisi 175 kvadrat metrdir.