03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Salman Farsinin dilindən Kərbəla torpağı
01.06.2018


Məhərrəmin əvvəl günlərinin əsas nöqtələrindən biri budur ki, buyururlar, Məhərrəm ayının cüməaxşamı günü İmam Hüseyn (ə) Kərbəla torpağına çatır. Müxtəlif məqtəllərdə, müxtəlif formatlarda bu mahiyyətli məsələ çatdırılır.

Həzrət İmam Hüseyn səhabələri ilə, yol gedirdi ki, bir məntəqəyə çatdılar. Orada yaşayan insanlardan bu məntəqənin adını soruşdular. Onlar "şəttu fərat" cavabını verdilər. Həzrət buyurdu bu məntəqənin bu addan başqa adı varmı? Cavab verdilər Kərbəladır. İmam Hüseyn ağlayaraq buyurdu: "Allaha and olsun ki, bu torpaq Kərb və Bəla torpağıdır". Sonra buyurdu: "Bu yerin torpağından mənə bir ovuc verin". Torpağı alıb iylədi və yaxasından bir qədər torpaq çıxararaq buyurdu: "Bu həmən torpaqdır ki, Cənab Cəbrail Allah tərəfindən cəddim Rəsulluah (s) üçün gətirərək deyib ki, bu torpaq Hüseynin torpağındandır". Sonra bu torpağı yığaraq buyurdu, hər iki torpağın eyni ətri var.


Çox nurani nöqtələrdən biri budur ki, Peyğəmbərin səhabələri də Kərbəlanı tanıyardılar. Bir gün Cənab Salman Əmirəlmöminin tərəfindən vəzifələndirilərək Mədayinə yollanırdı. Salmanın xüsusi bir cəhəti var idi ki, miniyə bütün yolu minməzdi. Bir miqdar minərdi həmən miqdar piyada gedərdi. Deyir növbəti bir yerə çatdılar, bu mindi miniyə ki gedə. Bir miqdar getmişdilər ki, gördülər o endi. Müşahidəçilər qeyd edirlər ki, özünü tam itirmiş halda torpağın üstünə atdı və yeri qucaqladı. Göz yaşları sel kimi axırdı. Başqa bir yerdə də buyurulur ki, Salman Mədayinə getdiyi vaxt bir dəstə müsəlman da onunla bərabər idi. Salmanla olanlardan biri belə nəql edir: "Kərbəla adlanan yerə çatdığımız vaxt, Salman həmən yerin adını soruşdu. Bildirdik ki, bu yer Kərbəla adlanır. O dedi bəli bu yer mənim qardaşlarımın qətlə yetiriləcəyi məkandır".

İlqar İbrahimoğlu