03 Dekabr 2024 - 3
İmam Hüseyni (ə) uzaqdan ziyarət etməyin bir neçə yolları vardır ki, onlarla tanış olaq və həzrətin ziyarətinə müşərrəf ola bilək.
1. Hündür yerə qalxıb Həzrəti (ə) ziyarət etmək. Sədir nəql edir: “İmam Sadiq (ə) mənə buyurmuşdur: “Ey Sədir! İmam Hüseynin (ə) qəbrini hər gün ziyarət edirsənmi?”.
Dedim: “Xeyr”.
Buyurdu: “Siz nə qədər cəfakarsınız. Hər cümə ziyarət edirsənmi?”.
Dedi: “Xeyr”.
Buyurdu: “Hər ay ziyarət edirsənmi?”.
Dedim: “Xeyr”.
Buyurdu: “Hər il ziyarət edirsənmi?”.
Dedim: “Bəzən ziyarət edirəm”.
Buyurdu: “Ey Sədir! Hüseynə (ə) nə qədər cəfa edirsiniz. Məgər bilmirsən ki, Allahın iki milyon mələyi vardır ki, saçları dağılmış və toz-torpağa bulaşmış halda davamlı olaraq Hüseyn (ə) üçün ağlayırlar, qəbrini ziyarət edir və yorulmurlar? Niyə özünü vəzifələndirmirsən ki, hər cümə Hüseynin (ə) qəbrini beş dəfə və hər gün bir dəfə ziyarət edəsən?”.
Dedim: “Bizimlə onun qəbri arasında kilometrlərlə fasilə vardır”.
Buyurdu: “Hündür yerə qalx və sağ, sol tərəfinə diqqət et. Başını səmaya qaldır və İmam Hüseynin (ə) qəbrinə tərəf diqqət edib, de:
«السَّلَامُ عَلَیْکَ یَا أَبَا عَبْدِ اللَّهِ،
السَّلَامُ عَلَیْکَ وَ رَحْمَهُ اللَّهِ وَ بَرَکَاتُهُ».
"Əssəlamu əleykə ya Əba Əbdillah. Əssəlamu əleykə və rahmətullahi və bərakətuh".
Əgər belə etsən, sənin üçün bir ziyarət yazılmış olar. Hər ziyarət də bir həccə və bir ümrəyə bərabərdir”. (Tebyan)
2. Qüsl alıb ziyarət etmək. Sədir nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu: “Ey Sədir! İmam Hüseynin (ə) ziyarətinə çoxlu gedirsənmi?”.
Dedim: “Xeyr”.
Buyurdu: “İstəyirsənmi ki, sənə elə bir əməl öyrədim ki, əgər onu yerinə yetirsən, sənin üçün ziyarət yazılar?”.
Dedim: “Bəli”.
Buyurdu: “Mənzilində qüsl al və evinin damına çıx. Hüseyn ibni Əlinin (ə) qəbrinə salamla işarə et. Sənin üçün həmin ziyarət yazılacaqdır”.
3. Üç dəfə xüsusi salavatı demək. Hüseyn ibni Suvəyr nəql edir: “Yunis ibni Zəbyanla birlikdə İmam Sadiqin (ə) yanında idim və Yunis dedi: “Qurbanın olum, mən Hüseyn ibni Əlini (ə) çoxlu yada salıram, bu halda nə deyim?”.
Həzrət (ə) buyurdu: Üç dəfə de:
«صَلَّى اللَّهُ
عَلَیْکَ یَا أَبَا عَبْدِ اللَّهِ»
"Salləllahu əleykə ya Əba Əbdillah".
Həqiqətən də yaxından və uzaqdan verilən salam Hüseynə (ə) çatar.
4. Üzü qibləyə dayanıb, xüsusi duanı oxumaq. Sədir nəql edir: “İmam Sadiqin (ə) yanına getmişdim və səhabələrinin bir neçəsi də orada idi. İmam Sadiq (ə) mənə buyurmuşdur: “Ey Sədir! İmam Hüseynin (ə) qəbrini hər gün ziyarət edirsənmi?”.
Dedim: “Xeyr”.
Buyurdu: “Siz nə qədər cəfakarsınız. Hər cümə ziyarət edirsənmi?”.
Dedim: “Xeyr”.
Buyurdu: “Hər ay ziyarət edirsənmi?”.
Dedim: “Xeyr”.
Buyurdu: “Hər il ziyarət edirsənmi?”.
Dedim: “Bəzən ziyarət edirəm”.
Buyurdu: “İstəyirsinizmi ki, sizə qəbul olmuş ziyarəti öyrədim, baxmayaraq ki, uzaq yoldan olsa belə”.
Dedim: “Bəli”.
Buyurdu: “Cümə günü və ya hansısa başqa bir gün qüsl al və ən pakizə paltarını geyin. Evinin hündür yerinə qalx və ya səhraya get. Üzünü qibləyə çevir və bil ki, Həzrətin (ə) qəbri o istiqamətdədir. O zaman de:
«السَّلَامُ عَلَیْکَ یَا مَوْلَایَ وَ ابْنَ مَوْلَایَ، وَ سَیِّدِی وَ
ابْنَ سَیِّدِی، السَّلَامُ عَلَیْکَ یَا مَوْلَایَ، یَا قَتِیلَ بْنَ
الْقَتِیلِ، الشَّهِیدَ بْنَ الشَّهِیدِ، السَّلَامُ عَلَیْکَ وَ
رَحْمَهُ اللَّهِ وَ بَرَکَاتُهُ،
أَنَا زَائِرُکَ یَا ابْنَ رَسُولِ اللَّهِ بِقَلْبِی وَ لِسَانِی وَ
جَوَارِحِی، وَ إِنْ لَمْ أَزُرْکَ بِنَفْسِی وَ الْمُشَاهَدَهِ،
فَعَلَیْکَ السَّلَامُ یَا وَارِثَ آدَمَ صَفْوَهِ اللَّهِ، وَ وَارِثَ
نُوحٍ نَبِیِّ اللَّهِ، وَ وَارِثَ إِبْرَاهِیمَ خَلِیلِ اللَّهِ، وَ
وَارِثَ مُوسَى کَلِیمِ اللَّهِ، وَ وَارِثَ عِیسَى رُوحِ اللَّهِ وَ
کَلِمَتِهِ، وَ وَارِثَ مُحَمَّدٍ حَبِیبِ اللَّهِ وَ نَبِیِّهِ وَ
رَسُولِهِ، وَ وَارِثَ عَلِیٍّ أَمِیرِ الْمُؤْمِنِینَ وَصِیِّ رَسُولِ
اللَّهِ وَ خَلِیفَتِهِ، وَ وَارِثَ الْحَسَنِ بْنِ عَلِیٍّ وَصِیِّ
أَمِیرِ الْمُؤْمِنِینَ،
لَعَنَ اللَّهُ قَاتِلَکَ، وَ جَدَّدَ عَلَیْهِمُ الْعَذَابَ فِی هَذِهِ
السَّاعَهِ وَ فِی کُلِّ سَاعَهٍ،
أَنَا یَا سَیِّدِی مُتَقَرِّبٌ إِلَى اللَّهِ جَلَّ وَ عَزَّ وَ إِلَى
جَدِّکَ رَسُولِ اللَّهِ، وَ إِلَى أَبِیکَ أَمِیرِ الْمُؤْمِنِینَ، وَ
إِلَى أَخِیکَ الْحَسَنِ، وَ إِلَیْکَ یَا مَوْلَایَ،
فَعَلَیْکَ سَلامُ اللَّهِ وَ رَحْمَتُهُ بِزِیَارَتِی لَکَ بِقَلْبِی وَ
لِسَانِی وَ جَمِیعِ جَوَارِحِی، فَکُنْ یَا سَیِّدِی شَفِیعِی لِقَبُولِ
ذَلِکَ مِنِّی، وَ أَنَا بِالْبَرَاءَهِ مِنْ أَعْدَائِکَ وَ اللَّعْنَهِ
لَهُمْ وَ عَلَیْهِمْ أَتَقَرَّبُ إِلَى اللَّهِ وَ إِلَیْکُمْ
أَجْمَعِینَ، فَعَلَیْکَ صَلَوَاتُ اللَّهِ وَ رِضْوَانُهُ وَ
رَحْمَتُهُ».
Sonra bir qədər sola meyl et və atasının ayaqlarının kənarında olan Əli ibni Hüseynin (ə) qəbrinə üzünü çevir və atasına salam verdiyin ki, ona da salam ver. Sonra din və dünya haqqında olan dualarını et və bundan sonra dörd rükət namaz qıl.
Əlbəttə ziyarət namazı səkkiz, altı, dörd və iki rükətlidir ki, onların ən fəzilətlisi səkkiz rükətli olandır.
Sonra üzünü qibləyə, İmam Hüseynin (ə) qəbrinə tərəf tut və de:
«أَنَا مُوَدِّعُکَ یَا مَوْلَایَ وَ ابْنَ مَوْلَایَ، وَ سَیِّدِی وَ
ابْنَ سَیِّدِی، وَ مُوَدِّعُکَ یَا سَیِّدِی وَ ابْنَ سَیِّدِی یَا
عَلِیَّ بْنَ الْحُسَیْنِ، وَ مُوَدِّعُکُمْ یَا سَادَتِی یَا مَعْشَرَ
الشُّهَدَاءِ، فَعَلَیْکُمْ سَلَامُ اللَّهِ وَ رَحْمَتُهُ وَ
رِضْوَانُهُ»
5. Uzaqdan oxunan ziyarətnamə. “Ətiq Ğərəvi” kitabında İmam Hüseynin (ə) uzaqdan oxunan ziyarətnaməsi vardır ki, onunla tanış olaq:
«السَّلَامُ عَلَیْکَ یَا وَلِیَّ اللَّهِ، السَّلَامُ عَلَیْکَ یَا
حُجَّهَ اللَّهِ، السَّلَامُ عَلَیْکَ یَا نُورَ اللَّهِ فِی ظُلُمَاتِ
الْأَرْضِ، السَّلَامُ عَلَیْکَ یَا إِمَامَ الْمُؤْمِنِینَ وَ سُلَالَهَ
النَّبِیِّینَ وَ الْوَصِیِّینَ، وَ شَاهِدَ یَوْمِ الدِّینِ،
السَّلَامُ عَلَى جَدِّکَ رَسُولِ اللَّهِ سَیِّدِ الْمُرْسَلِینَ وَ
خَاتَمِ النَّبِیِّینَ، السَّلَامُ عَلَى أَبِیکَ أَمِیرِ الْمُؤْمِنِینَ
وَ وَارِثِ عِلْمِ النَّبِیِّینَ، السَّلَامُ عَلَى أُمِّکَ فَاطِمَهَ
بِنْتِ رَسُولِ رَبِّ الْعَالَمِینَ، السَّلَامُ عَلَى أَخِیکَ وَ
شَقِیقِکَ الْحَسَنِ إِمَامِ الْمُؤْمِنِینَ وَ حُجَّهِ رَبِّ
الْعَالَمِینَ،
أَشْهَدُ أَنَّکَ وَ آبَاءَکَ الَّذِینَ کَانُوا مِنْ قَبْلِکَ وَ
أَبْنَاءَک الَّذِینَ مِنْ بَعْدِکَ مَوَالِیَّ وَ أَوْلِیَائِی، وَ
أَشْهَدُ أَنَّکُمْ أَصْفِیَاءُ اللَّهِ وَ خِیَرَتُهُ، وَ حُجَّتُهُ
الْبَالِغَهُ عَلَى خَلْقِهِ، انْتَجَبَکُمْ بِعِلْمِهِ أَصْفِیَاءَ
لِدِینِهِ، وَ قُوَّاماً بِأَمْرِهِ، وَ خُزَّاناً لِعِلْمِهِ، وَ
حَفَظَهً لِسِرِّهِ، وَ مَعَادِنَ لِکَلِمَاتِهِ، وَ تَرَاجِمَهً
لِوَحْیِهِ، وَ شُهَدَاءَ عَلَى عِبَادِهِ، وَ أَنَّهُ جَلَّ ذِکْرُهُ
اسْتَرْعَى بِکُمْ خَلْقَهُ، وَ أَوْرَثَکُمْ کِتَابَهُ، وَ خَصَّکُمْ
بِکَرَائِمِ الْإِیمَانِ وَ التَّنْزِیلِ، وَ آتَاکُمُ التَّأْوِیلَ، وَ
جَعَلَکُمْ تَابُوتَ حِکْمَتِهِ، وَ عَصَائِبَ عُرْوَتِهِ، وَ مَنَاراً
فِی بِلَادِهِ، وَ ضَرَبَ لَکُمْ مَثَلًا مِنْ نُورِهِ، وَ أَجْرَى
فِیکُمْ مِنْ رَوْحِهِ، وَ عَصَمَکُمْ مِنَ الزَّلَلِ، وَ طَهَّرَکُمْ
مِنَ الدَّنَسِ، وَ أَذْهَبَ عَنْکُمُ الرِّجْسَ وَ آمَنَکُمْ مِنَ
الْفِتَنِ، فَبِکُمْ تَمَّتِ النِّعْمَهُ، وَ اجْتَمَعَتِ الْفُرْقَهُ،
وَ ائْتَلَفَتِ الْکَلِمَهُ، فَلَکُمُ الطَّاعَهُ الْمُفْتَرَضَهُ، وَ
الْمَوَدَّهُ الْوَاجِبَهُ، وَ أَنْتُمْ أَوْلِیَاءُ اللَّهِ
النُّجَبَاءُ، وَ عِبَادُهُ الْمُکْرَمُونَ،
أَدْعُوکَ یَا ابْنَ رَسُولِ اللَّهِ، صَلَّى اللَّهُ عَلَیْهِ وَ
عَلَیْکَ مِنْ بُعْدِ الْبِلَادِ وَ الْمَسَافَهِ زَائِراً،
مُسْتَبْصِراً لِشَأْنِکَ، وَافِداً بِقَلْبِی نَحْوَکَ، عَارِفاً
بِحَقِّکَ، مُوَالِیاً لِأَوْلِیَائِکَ، مُعَادِیاً لِأَعْدَائِکَ،
فَعَلَیْکَ سَلَامُ اللَّهِ وَ رَحْمَتُهُ وَ بَرَکَاتُهُ،
أَدْعُوکَ زَائِراً وَافِداً عَائِذاً بِکَ، مُسْتَجِیراً مِمَّا
حَمَلْتُ عَلَى نَفْسِی، وَ احْتَطَبْتُ عَلَى ظَهْرِی، فَکُنْ شَفِیعاً
إِلَى رَبِّی وَ رَبِّکَ، فَإِنَّ لِی ذُنُوباً وَ أَوْزَاراً، وَ لَکَ
عِنْدَ اللَّهِ مَقَامٌ مَعْلُومٌ وَ جَاهٌ عَظِیمٌ،
اللَّهُمَّ یَا رَبَّ الْأَرْبَابِ، صَرِیخَ الْمُسْتَصْرِخِینَ، إِنِّی
عُذْتُ بِوَلِیِّکَ وَ ابْنِ نَبِیِّکَ، فَافْکُکْ رَقَبَتِی مِنَ
النَّارِ،
آمَنْتُ بِاللَّهِ وَ بِمَا أُنْزِلَ عَلَیْکُمْ، وَ أَتَوَلَّى
آخِرَکُمْ بِمَا أَتَوَلَّى بِهِ أَوَّلَکُمْ، وَ أَبْرَأُ إِلَى اللَّهِ
مِنْ کُلِّ وَلِیجَهٍ دُونَکُمْ، فَکَفَرْتُ بِالْجِبْتِ وَ الطَّاغُوتِ
وَاللَّاتِ وَ الْعُزَّى،
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِهِ الطَّاهِرِینَ، یَا
اللَّهُ، یَا رَبَّ مُحَمَّدٍ وَ عَلِیٍّ وَ فَاطِمَهَ وَ الْحَسَنِ وَ
الْحُسَیْنِ وَ الْأَئِمَّهِ مِنْ وُلْدِ الْحُسَیْنِ، أَتَوَسَّلُ
إِلَیْکَ بِهِمْ، فَفُکَّ رَقَبَتِی مِنَ النَّارِ، وَ لَا تَقْطَعْ
رَجَائِی، یَا أَرْحَمَ الرَّاحِمِینَ،
وَ السَّلَامُ عَلَى مَلَائِکَهِ اللَّهِ الْعُکُوفِ فِی فِنَائِکَ، وَ
عَلَى الشُّهَدَاءِ الْمُسْتَشْهَدِینَ مَعَکَ، الثَّاوِینَ حَوْلَکَ، وَ
رَحْمَهُ اللَّهِ وَ بَرَکَاتُهُ.
اللَّهُمَّ إِنِّی أَسْأَلُکَ بِحَقِّ نَبِیِّنَا مُحَمَّدٍ
الْمُصْطَفَى، وَ بِحَقِّ وَلِیِّکَ وَ وَصِیِّ نَبِیِّکَ أَمِیرِ
الْمُؤْمِنِینَ عَلِیٍّ الْمُرْتَضَى، وَ بِحَقِّ الزَّهْرَاءِ فَاطِمَهَ
الْکُبْرَى سَیِّدَهِ النِّسَاءِ، وَ بِحَقِّ الْحَسَنِ وَ الْحُسَیْنِ
سِبْطَیْ نَبِیِّ الْهُدَى وَ رَضِیعَیِ النَّدَى، وَ بِحَقِّ عَلِیٍّ
زَیْنِ الْعَابِدِینَ وَ قُرَّهِ عَیْنِ النَّاظِرِینَ، وَ بِحَقِّ
مُحَمَّدٍ بَاقِرِ عِلْمِ النَّبِیِّینَ، وَ بِحَقِّ الْخَلَفِ جَعْفَرٍ
الصَّادِقِ مِنَ الصَّادِقِینَ، وَ بِحَقِّ مُوسَى الصَّالِحِ مِنَ
الصَّالِحِینَ، وَ بِحَقِّ عَلِیٍّ الرِّضَا مِنَ الرَّاضِینَ، وَ
بِحَقِّ مُحَمَّدٍ الْخَیِّرِ مِنَ الْخَیِّرِینَ، وَ بِحَقِّ الصَّابِرِ
عَلِیٍّ الشَّکُورِ مِنَ الصَّابِرِینَ، وَ بِحَقِّ الْحَسَنِ التَّقِیِّ
مِنَ التَّقِیِّینَ، وَ السَّجَّادِ الثَّانِی، وَ مُکَابِدِ لَیْلَهِ
التَّمَامِ بِالسَّهَرِ، وَ بِحَقِّ النَّفْسِ الزَّکِیَّهِ، وَ الرُّوحِ
الطَّیِّبَهِ، وَ الْخَلَفِ الصَّادِقِ، وَ حُجَّتِکَ وَ بَیِّنَتِکَ
عَلَى خَلْقِکَ، وَ مَنْ هُمْ بِهِ یَوْمَ الْقِیَامَهِ مُخَاصِمُونَ،
سَمِیِّ نَبِیِّکَ، وَ مُظْهِرِ دِینِکَ، وَ النّاصِرِ لِأَوْلِیَائِکَ،
وَ الْقَاطِعِ لِأَعْدَائِکَ فِی عِبَادِکَ وَ بِلَادِکَ، اللَّهُمَّ
فَبِحَقِّکَ عَلَیْهِمْ، وَ بِحَقِّهِمْ عَلَیْکَ، وَ بِشَأْنِهِمْ
عِنْدَکَ، فَإِنَّ لَهُمْ عِنْدَکَ شَأْناً مِنَ الشَّأْنِ، تُبْ عَلَیَّ
یَا تَوَّابُ، وَ افْتَحْ عَلَیَّ أَبْوَابَ رِزْقِکَ الْحَلَالِ
الطَّیِّبِ، وَ عَلَى أَهْلِی وَ وُلْدِی وَ إِخْوَتِی، وَ عَلَى جَمِیعِ
عِبَادِکَ مِنْ إِخْوَانِیَ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ، وَ
أَعِذْنِی وَ أَهْلِی وَ وُلْدِی وَ إِخْوَتِی، وَ أَهْلَ عِنَایَتِی وَ
إِخْوَانِی مِنَ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْفَقْرِ فِی
الدُّنْیَا وَ مِنَ النَّارِ فِی الْآخِرَهِ، وَ لَا تَکِلْنِی إِلَى
نَفْسِی وَ لَا إِلَى أَحَدٍ مِنْ خَلْقِکَ طَرْفَهَ عَیْنٍ، وَ لَا
أَقَلَّ مِنْ ذَلِکَ وَ لَا أَکْثَرَ، وَ أَصْلِحْ لِی وَ لِأَهْلِی وَ
وُلْدِی وَ إِخْوَتِی وَ أَخَوَاتِی شَأْنَنَا کُلَّهُ، وَ اکْفِنِی وَ
إِیَّاهُمْ مَا أَهَمَّنَا مِنْ أَمْرِ الدُّنْیَا وَ الْآخِرَهِ،
أَعُوذُ بِکَ مِنْ کُلِّ فِتْنَهٍ وَ مِنْ فِتْنَهِ الدَّجَّالِ، یَا
رَبَّ الْعَالَمِینَ وَ أَرْحَمَ الرَّاحِمِینَ، وَ صَلَّى اللَّهُ عَلَى
سَیِّدِنَا مُحَمَّدٍ نَبِیِّ الرَّحْمَهِ وَ عَلَى آلِهِ الطَّیِّبِینَ
الطَّاهِرِینَ، وَ سَلَّمَ تَسْلِیماً»
6. Hər gün Aşura ziyarətini oxumaq. Əlqəmə İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Əgər bacarsan, hər gün Aşura ziyarətini oxu ki, bu ziyarətin bütün savabları sənə aid olacaqdır”.
/Deyerler.org/