03 Dekabr 2025 - 3
Müqəddəs İmam Hüseyn ziyarətgahı İraq milli ordusunun yaralı əsgəri Məhəmməd Əvdanın müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.
Ziyartəgah hərbçinin Almaniyada müalicəsinə davam etməsi üçün zəruri xərcləri üzərinə götürdükdən sonra Məhəmməd Əvda ilkin müayinələr üçün kompleksin nəzdində fəaliyyət göstərən İmam Zeynəlabidin Hospitalına gəlib.
Kerbela.info "imamhussain.org"a istinadən xəbər verir ki, hospitalın mətbuat xidmətinin rəhbəri Mustafa əl-Musəvi bildirib ki, əsgər Məhəmməd Əvda burada müxtəlif müayinələrdən keçiriləcək və bu müayinələrin nəticəsi Almaniyaya göndəriləcək.
Bildirək ki, İmam Zeynəlabidin Hospitalı Kərbəla şəhərində İmam Hüseyn ziyarətgah kompleksinin nəzdində fəaliyyət göstərən əsas müalicə mərkəzlərindən biridir.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto