25 Noyabr 2024 - 25
İmam Hüseynin (ə) hərəminin nəzdində fəaliyyət göstərən Kərbəla Araşdırmalar Mərkəzi elan edib ki, O həzrətin Məkkədən Kərbəlaya getdiyi yolun üzərində bəzi yeni tarixi əsərlər tapılıb.
Mərkəzin direktoru Əbdüləmir Qureyşi deyib ki, 61-ci hici qəməri ilində İmam Hüseyn (ə) Məkkədən Kərbəlaya getdiyi yolda dayandığı yeni yerlər aşkarlanıb. “İşçi qrup Nəcəf əyalətinin qərbindəki səhrada “Qəsr bəni Muqatil” və “Uzayb-ul-Hicanat” adlı dayanacaqları müəyyən edib”.
O qeyd edib ki, bizim araşdırmalar səhrada elmi və yeni texnologiyalar vasitəsi ilə aparılır.
Qeyd edək ki, bundan öncə aparılan araşdırma zamanı Nəcəfdən – Kərbəlaya gedən istiqamətdə Ər-Rahimə bölgəsi müəyyənləşmişdi.
Xatırladaq ki, İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya getdiyi yol üzərində tarixi abidələrin araşdırılması 2013-cü ildən aparılır. Layihə çərçivəsində əldə edilən nailiyyətlər haqqında məlumatlar Kərbəla ensklopediyasında nəşr olunur.
Ə.Qureyşi deyib ki, hazırda araşdırmalar İmamın (ə) İraq sərhədləri daxilində Məkkədən Kərbəlaya gedən yolda dayanıb istirahət etdiyi yerlərin müəyyənləşdirməsi istiqamətində aparırılır. “Bu yerlərin bəzisi ilk dəfədir tapılır və indiyədək tarixi mənbələrdə adları keçməyib. Gələcəkdə tapılan yerlər İmam Hüseyn (ə) aşiqləri və zəvvarları üçün ziyarətgaha çevrilə bilər”
/maide/