03 Dekabr 2025 - 3
İmam Hüseyn Ziyarətgah Kompleksi Zeynəbiyyə təpəciyi hərəminin yeni dizaynı ilə bağlı layihəni qəbul edib. Layihə İmam Hüseyn məqbərəsinin genişləndirilməsi proqramı çərçivəsində hazırlanıb.
Kerbela.info İmamhussain.org-a istinadən xəbər verir ki, İmam Hüseyn məqbərəsinin mühəndislik departamentinin baş mühəndisi Məhəmməd Həsən Kazımın sözlərinə görə, genişləndirmə layihəsinin məqsədi Zeynəbiyyə təpəciyi hərəminin daha çox zəvvar qəbul edə bilməsi və izdihamlı ziyarətlar zamanı sıxlığın azaldılmasıdır.
O qeyd edib ki, layihədə nəzərdə tutulan plan 3000 kvadrat metr sahəni əhatə edir ki, bu da əvvəlki ziyarətgahdan 10 dəfə böyükdür.
"Yeni dizayn dini və ənənəvi irsi özündə daşıyacaq, hərəmin Kərbəla əhalisi və zəvvarların yaddaşında mövcud olan formasını qoruyub saxlayacaq", - deyə o bildirib.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto