03 Dekabr 2025 - 3
Ötən gecə məhərrəm ayının daxil olması ilə əlaqədar ənənəvi olaraq Kərbəla şəhərində İmam Hüseyn məqbərəsinin bayrağının dəyişdirilməsi mərasimi keçirilib. Məqbərənin günbəzi üzərində bir ay boyunca dalğalanmış qırmızı rəngli bayraq xüsusi olaraq hazırlanmış qara bayraqla əvəzlənib.
Kerbela.info imamhussain.ogr-a istinadən xəbər verir ki, mərasimi minlərlə Kərbəla sakini və zəvvarlar canlı olaraq izləyiblər. Bayraqdəyişmə mərasimi, həmçinin yerli televiziyalarla bir çox dillərdə canlı yayımlanıb.
Bildirək ki, yeni bayraq-bannerin toxunması işini İmam Hüseyn məqbərəsinin toxuculuq şöbəsi həyata keçirir. Hicri-qəməri təqviminin hər yeni ayı daxil olanda müqəddəs məqbərənin banneri dəyişdirilir. Bannerin uzunluğu 3,90 metr, eni isə 3 metrdir. Banner Koreya və yapon atlazından hazırlanır.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto