22 Noyabr 2024 - 22
Bəhreyn rejimi bu ölkə şiələrinin mənəvi lideri Ayətullah İsa Qasimi vətəndaşlıqdan məhrum etmşdi.
Kerbela.info SalamNews-a istinadla xəbər verir ki, Ayətullah İsa Qasim 4 ay müalicədən sonra ictimaiyyət arasına çıxıb və Londonda İmam Hüseynin (ə) üçün keçirilən əzadarlıq məclisinə qatılıb.
Qeyd edək ki, Bəhreyn rejimi əsassız iddialarla Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum etmişdi və onun barəsində cinayət işi açmışdı.
Bəhreyn rejimi 4 ay öncə alimin müalicə üçün ölkəni tərk etməsinə icazə vermişdi.
Hazırda Bəhreyn həbsxanalarında yüzlərlə siyasi və ictimai fəal var. Onlar əsasən 2011-ci ildə ərəb Baharı dönəmində ölkədə siyasi islahatların həyata keçirilməsini tələb edən siyasi simalar və fəallardır.