03 Dekabr 2025 - 3
Məhərrəm ayı ilə bağlı əzadarlıq günlərində İraqın Kərbəla şəhərində təhlükəsizlik qüvvələrinin 60 min əməkdaşı xidmət göstərir.
Kerbela.info İQNA-ya istinadla xəbər verir ki, bu barədə dünən “Rafidin” əməliyyat bölməsinin komandiri Əli ibn İbrahim Dəbun açıqlamasında deyib.
O bildirib ki, əzadarlıq günləri ilə bağlı Kərbəla şəhərinə təhlükəsizlik qüvvələri yerləşdirilib. Aşura gecəsi İmam Hüseynə (ə) əza saxlayan zəvvarların təhlükəsizliyini 60 minlik qüvvə qoruyacaq.
O əlavə edib: "Bu günlər ərzində təhlükəsizlik qüvvələri ümumi toplantıları, əzadarlıq mərasimlərinin keçirildiyi məkanları, matəm məclislərini, zəvvarlara xidmət köşklərini, heyətləri, hüseyniyyələri və zəvvarların hərəkət edəcəyi yolları nəzarətdə saxlayacaqlar".
Mühafizə xidmətinin komandiri qeyd edib ki, gücləndirilmiş təhlükəsizlik tədbirləri cari həftənin şənbə gününə qədər davam edəcəkdir.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto