03 Dekabr 2025 - 3
Bəhreyn polisi sonuncu Aşura günlərində məscidlərdə Kərbəla faciəsi ilə bağlı çıxışlar etmiş ruhani Şeyx Hani əl-Bənnanı həbs edib.
Kerbela.info On4haber.com-a istinadla xəbər verir ki, tanınmış ruhani barədə hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamı ilə 15 sutkalıq həbs qərarı çıxarılıb.
Bundan başqa digər ilahiyyatçı Şeyx Yasin əl-Cəmri də Aşura məclislərində iştirakına görə saxlanılıb. Həmçinin Aşuradan əvvəl də iki bəhreynli din xadimi sorğu-sual edilmək üçün polis mərkəzinə çağırılıb.
Qeyd edək ki, hər il Məhərrəmlik və Aşura ərəfəsində Bəhreyn rejimi əzadarlıq keçirməyə hazırlaşan dindarlara qarşı təzyiq kampaniyaları həyata keçirir, ölkə əhalisinin 70 faizini təşkil edən şiə müsəlmanların dini etiqad və vicdan azadlıqlarını kobud şəkildə pozur.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto