22 Noyabr 2024 - 22
İstanbulun Bağlar-Bəyazid məscidində İmam Hüseynin (ə) Kərbəla müsibəti ilə əlaqədar əzadarlıq mərasimi keçirilib.
Kerbela.info xəbər verir ki, mərasimdə iştirak edən şiə və sünni məzhəblərinin nümayəndələri İslami vəhdətdən, müsəlman ümmətinin məzhəbi ayrı-seçkilikləri kənara qoyaraq ortaq inanc və dəyərlər ətrafında birləşməsinin zəruriliyindən danışıblar.
Çıxış edənlər bu yolda İmam Hüseyn (ə) inqilabının müstəsna yolgöstərici olduğunu, İmamın həyat yolunun təkfirçilikdən uzaq, İslam və ümmət təfəkkürü əsasında yaşamaq üçün işıq tutduğunu dilə gətiriblər.
Mərasimdə çıxış edən Türkiyə şiə müsəlmanlarının lideri Səlahəddin Özgündüz bu gün İslam coğrafiyasında məzhəbçiliyə, təkfirçiliyə rəvac verənlərin ya düşmən casusları olduğunu, ya da İslam düşmənlərinin hiyləsinə aldanmış cahil insanlar olduğunu vurğulayıb.
Əzadarlıq məclisində əhli-sünnət ruhaniləri də çıxış edərək vəhdətin dəyərindən, İmam Hüseyn (ə) şüarlarının üstünlüyündən danışıblar.
Sonda məddah və şairlər Kərbəla qəhrəmanları barədə mərsiyyə və şeirlər oxuyublar.