20 May 2024 - 20

20 May 2024 - 20

Ayətullah Behcətin piyada Ərbəin ziyarəti barədə dedikləri
27.09.2018

“Hədislərə görə, İmam Mehdi (ə) zühur edən zaman dünya əhalisinə deyəcək: “Ey insanlar! Mənim babam Hüseyni susuz öldürdülər. Ey insanlar! Mənim babam Hüseynin başını kəsdilər” .

İmam Mehdi özünü bütün dünyaya İmam Hüseynlə (ə) tanıtdıracaq. Deməli, o zamana kimi bütün dünya Hüseyni (ə) tanımalıdır. Ancaq hal-hazırda hamı onu tanımır.

Bu bizim təqsirimizdir. Biz şəhidlər sərvəri üçün güclü fəryad çəkib səsimizi bütün dünyaya çatdıra bilməmişik. Piyada Ərbəin ziyarəti İmam Hüseyni (ə) bütün dünyaya tanıtdırmaq üçün ən yaxşı fürsətdir. Şəhidlər sərvərinin ziyarəti tarix boyu çətin və təhlükəli olsa da, aşiqlər bunu gözə alıb Ərbəin günü İmam Hüseynin (ə) ziyarətinə getmişlər”.

Ayətullah Behcət (Ərbəin barədə etdiyi çıxışdan)