22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Əzadarlıq mərasimlərində diqqət olunmalı məqamlar
29.09.2018

Zaman-zaman kifayətə qədər savada malik olmayan şəxslər də məhərrəmlik və Aşura mərasimlərini idarə etməli olublar. Belələri çalışıblar ki, müəyyən qədər öz maddi mənafeləri üçün əllərinə düşmüş səlahiyyətdən istifadə etsinlər. Beləliklə, matəm mərasimlərində əhalidən müxtəlif adlar altında pul yığıb öz şəxsi ehtiyacları üçün xərcləyiblər və bəzi qaydalar formalaşdırıblar. Məsələn, elan ediblər ki, filan günlərdə filan qədər pul yığmaq lazımdır, pul qazanmaq üçün ələmlər düzəldiblər. Əbəlfəzl-Abbas adına bayraq-ələmlər düzəldib küçə-küçə, qapı-qapı gəziblər ki, ələmə nəzir bağlamaq adı ilə pul yığsınlar. Sonra yığılan bu pulları öz ciblərinə qoyublar.

Bu gün əhali məscidlərə gəlir, mərasimlərdə iştirak edir. Mən bir ruhani olaraq digər ruhanilərə müraciət edirəm ki, bu günlərdən layiqincə bəhrələnsinlər. Xalqa elmli, savadlı şəkildə Aşuranın, məhərrəmliyin faydalarını və dəyərlərini izah etsinlər, mahiyyətini aşılasınlar.

Bəzən görürsən ki, bəzi ruhanilərimiz belə məqamlardan sui-istifadə edirlər. Çalışırlar ki, müəyyən mərsiyəxanlara bir az çox şərait yaratsınlar, bir-birinin ardınca beş, on, on beş mərsiyə deyilsin. Mərsiyə, rövzə oxuna bilər, amma imam, axund, ruhani maksimum şəkildə bu mərasimlərdə camaatı maarifləndirməlidir.

Fuad Nurullah