22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəlada Yaxın Şərqin ən müasir fiziki terapiya mərkəzi inşa ediləcək
01.10.2018

İmam Hüseyn ziyarətgahı Türkiyə şirkətlərindən biri ilə imzalanmış müqavilə çərçivəsində analoquna görə Yaxın Şərqin ilk fiziki terapiya mərkəzinin inşasına başlayacaq.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə Ağıllı Protez-ortopedik Məmulatlar üzrə əl-Varis Mərkəzinin direktoru dr.Yasir əs-Səidi məlumat verib. O bildirib ki, bu layihə iki il bundan əvvəl İmam Hüseyn ziyarətgahı tərəfindən təsis edilmiş Ağıllı Protez-ortopedik Məmulatlar Mərkəzinin davamı kimi həyata keçiriləcək.

Direktorun sözlərinə görə, yeni mərkəz sırf müalicə metodları üzrə ixtisaslaşacaq. Müalicə olunacaq fiziki qüsurlar isə aşağıdakılardır: onurğa sütunu problemləri, bədənin paralizləri, yuxarı və aşağı ətrafların iflicləri və sair.

Qeyd olunub ki, mərkəzdə müayinə və müalicə qiymətləri olduqca sərfəli olacaq. Belə ki, İmam Hüseyn ziyarətgahının direktoru Şeyx Əbdülmehdi Kərbəlayinin də tövsiyə etdiyi kimi, yetimlər, kasıblar və xalq səfərbərlik qüvvələrinin könüllüləri üçün xüsusi güzəştlər tətbiq olunacaq.

Türkiyəli fiziki terapiya mərkəzinin sədri dr.Özkur yeni mərkəzlə bağlı bunları deyib: "Biz bu mərkəzi mütəxəssis heyətimizdən əlavə ən mükəmməl fiziki terapiya avadanlıqları ilə də təmin edəcəyik və mərkəz Yaxın Şərqdə ən yaxşı fiziki terapiya mərkəzi olacaq".