22 Noyabr 2024 - 22
İraqın Kərbəla şəhərində İmam Hüseynin (ə) ziyarətgahı idarəsinin nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsinin "Quran tədqiqatları mərkəzi" ilk dəfə Quran elmi konfransı keçirəcək.
Kerbela.info "İQNA"ya istinadən xəbər verir ki, "Quran və İtrət arasında epistemik korrelyasiya və ehtiyac" adı ilə keçirilən bu konfransın keçirilməsi komitəsinin rəisi Seyid Mürtəza Cəmaluddin dedi: Bu konfrans cari ilin Noyabr ayının 23-də, həftənin Cümə günü Kərbəla şəhərində "Lən Yəftəriqa" şüarı ilə keçiriləcəkdir.
O əlavə edib ki, bu konfransın keçirilməsinin əsas hədəfi Qurani-Kərim ilə Əhli-Beyt (ə) arasında olan ayrılmazlığı ayə və hədislər əsasında bəyan etməkdir.
Konfransın digər hədəfləri sağlam əqidənin formalaşmasında Quran ayələrindən faydalanmaq, müasir intellektual problemlərlə mübarizə, Qurani-Kərim və Əhli-Beyt (ə) maarifi əsasında mədəniyyət prinsiplərinin gücləndirilməsi və möhkəmləndirilməsidir.
Konfransda Quran əsasında əqidəvi araşdırmalar, Quran əsasında fiqhi və hüquqi araşdırmalara, Quran elmləri və təfsir, əxlaq və təlim tədqiqatları, Quran əsasında siyasi və qanuni tədqiqatlar, Qurani-Kərimin dilçilik və ədəbiyyat baxımından araşdırılması və digər mövzular müzakirə ediləcəkdir.