22 Noyabr 2024 - 22
Müqəddəs İmam Hüseyn ziyarətgahı Nyu-York şəhərində yerləşən BMT baş qərargahına rəsmi nümayəndə heyəti ezam edib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, nümayəndə heyəti İmam Xoyi Fondu tərəfindən təşkil edilmiş beynəxalq konfransda iştirak edəcək. Qlobal tədbirdə İmam Hüseyn və həzrət Əbəlfəzl-Abbas ziyarətgahları ilə yanaşı Tədqiqat və İrs üzrə Elmi Alyans da iştirak edəcək.
İmam Hüseyn ziyarətgahının mətbuat xidmətinin rəhbəri Cəmaləddin əl-Şəhristani bildirib ki, nümayəndə heyətinin tərkibində müqəddəs ziyarətgahın nəzdində fəaliyyət göstərən "əl-Maarif" İslam kollecinin dekanı dr. Təlal əl-Kamali və elmi seminarın iki mütəxəssisi - Seyid Zeyd Bəhrilülum və Şeyx Cihad Əsədi yer alıblar.
Artıq BMT ofisində beynəlxalq konfransa başlamaq üçün təşkilatçılarla bir sıra görüşlər keçirilib. Konfrans "İntellektual bazanın bərpa edilməsi, eləcə də ədalət, sülh və sosial plüralizmin gücləndirilməsi" adı altında keçiriləcək.
Tədbir aşağıdakı mövzuları əhatə edəcək:
- İntellektual liderlik və intellektual liderliyin inkişafında İslamın rolunun təhlili. Sivil faktor kimi İslam anlayışının inkişafında, həmçinin gərəkli resurslar və maliyyə dəstəyi təmin etməklə gələcəkdə intellektual liderlərin cəlb olunması prosesində siyasi institutların rolu.
- Sosial ədalət. Bu mövzuya terrorizmin kökləri, iqtisadi və sosial səbəblərinin tədqiqi, azlıqların mənəvi və maliyyə yardımları ilə himayə edilməsi, eləcə də islamofobiya və dini ekstremizmlə mübarəzidə yanaşmalar.
- Sülyönümlü cəmiyyətin inkişafına dəstək üçün dini və mədəni irsin gücləndirilməsi, islami məbədlərin və abidələrin qorunması, bərpası və dağıdılmasının qarşısının alınması, həmçinin mədəni qarşılıqlı ünsiyyət və etiqadlararası anlaşmanın inkişafı naminə sosial şəbəkələrdən düzgün faydalanma.
Bildirək ki, konfrans oktyabrın 8-də keçiriləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən fərqli dinləri, məzhəbləri və sahələri təmsil edən 1000-dən çox adam iştirak edəcək.