21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ərbəin yürüşünün xüsusi məqamı - Ayətullah Xamenei
04.10.2018

Həzrət Ayətullah Xamenei Ərbəin ziyarətinin xüsusi məqamı barədə buyurur:

“Ərbəin Hüseyn (ə) cazibəsinin başlanğıc günüdür. Bu cazibə Cabir ibn Abdullahı Mədinədən qaldırıb Kərbəlaya gətirir. Bu cazibə, əsrlər ötməsinə baxmayaraq, qəlblərimizdə yaşayır.

Bu gözəl ənənə ötən əsrlər boyu Cəfəri məzhəbində və fiqhində canlanma yaratmaqla, Əhli-beytə (s) sevgi göstərməklə yanaşı, dünya şiələrinin birlik amilinə də çevrilmişdir. Bu aksiya şiələrin bir-birinə bağlanmasına səbəb ola, Şiə tarixində və region ölkələrində, xüsusilə də İraqda böyük dəyişiklik yarada bilər.

Ərbəin barədə yalnız bir cümlə deyim: Hüseyn ibn Əlinin (ə) ailəsinin Kərbəlaya gəlməsi bəzən camaat arasında deyildiyi kimi təkcə ürəklərini boşaltmaq, yaxud əhdi təzələmək üçün deyildi. Məsələ bundan çox-çox önəmli idi. İmam Səccad (ə) və Zeynəbi-Kübra (ə) kimi şəxsiyyətlərin işlərini adi məsələlər kimi dəyərləndirmək olmaz. Belə böyük şəxsiyyətlərin iş və qərarlarında böyük sirlər axtarmaq lazımıdır.

Şəhidlər ağası Hüseynin (ə) məzarı üstə gəlmək Aşura hərəkatının davamı idi. Bu işlə Hüseyn ibn Əlinin (ə) ardıcıllarına, Peyğəmbər (ə) ailəsinin dostlarına və müsəlmanlara çatdırmaq istəyirdilər ki, İmam Hüseynin (ə) başladığı qiyam sona çatmayıb. Bu hadisə qətlə yetirilməklə, dəfn olunmaqla, əsir düşməklə və azad edilməklə bitmir və davam etməkdədir.

Şiələrə öyrətdilər ki, bura böyük toplantı yeridir. Buraya toplaşmaqla İslam dövləti qurmaqdan ibarət böyük İslam məqsədi yada salınmalıdır. Peyğəmbər ailəsinin, İmam Səccadın və Zeynəbi-Kübranın Ərbəində Kərbəlaya gəlməsində məqsəd bu idi".