03 Dekabr 2025 - 3
İraqın daxili işlər naziri Qasım Əl-Əraci İranın İraqdakı səfiri İrəc Məscidi ilə paytaxt Bağdadda görüşüb.
Kerbela.info "deyerler.org"-a istinadən xəbər verir ki, tərəflər İmam Hüseynin (ə) Ərbəin mərasimində koordinasiyanı və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Əl-Əraci İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının ziyarətini asanlaşdırmaq üçün İraq hökuməti tərəfindən görülən son tədbirlər barədə də məlumat verib.
O deyib ki, İraq hökuməti və xalqı Ərbəin zəvvarlarına xidmət etməkdən qürur duyur və tərəddüdsüz istənilən Əhli-Beyt (ə) zəvvarına xidmət olunacaq.
İranın Bağdaddakı səfiri İraq dövləti və xalqının İmam Hüseynin (ə) zəvvarlarına etdiyi qonaqpərvərliklərə görə təqdir və təşəkkür edib.
Qeyd etmək lazımdır ki, hər il 4 milyon iranlı İraqdakı ziyarətgahları ziyarət edir və onların əksəriyyəti məhz Ərbəin münasibətilə İraqa səfər edirlər.
Bundan başqa, təqribən 2 milyon əcnəbi zəvvar və turist də İran ərazisindən keçərək, İraqa daxil olurlar.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto