22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Nigeriya prezidentinin müşaviri: Bəşəriyyətin İmam Səccadın
08.10.2018

"İmam Səccadın (ə) "Hüquq risaləsi" uğurlu cəmiyyətin qurulması işində əsas baza rolunu oynayır, hansı ki, belə bir cəmiyyətdə ədalət və bərabərlik yüksək səviyyədə təmin olunub, hər kəs bir-birinə qarşı tolerantdır, fərqli fikirlərə hörmətlə yanaşılır".

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu sözləri Nigeriya Respublikası Prezidentinin müşaviri və xüsusi nümayəndəsi dr. Abdullah Həsən Kərbəlada keçirilən Beşinci Beynəxalq "Təratil Səccadiyyə" festivalında çxışı zamanı deyib.

Onun sözlərinə görə, İmam Zeynəlabidinin "Hüquq risaləsi" 14 əsr bundan öncə yazılmış olsa da, elə bir konstitusiyadır ki, bu gün ehtiyac duyduğumuz bütün insan hüquqları prinsiplərini əhatə edə bilmişdi: ""Hüquq risaləsi" yer üzündə Qurani-Kərimdən sonra ən əhəmiyyətli kitabdır, çünki burada bəşəriyyət üçün ən vacib hüquqlar təsbit olunub".

Dr.Abdullah Həsən qeyd edib ki, İmamın bu kitabı ilə tanış olan hər kəs görə bilər ki, insanların, xüsusilə müsəlmanların sülhyönümlü, mütərəqqi və mədəni birgəyaşayışın təməllərini qurmaq üçün buradakı prinsiplərə ehtiyacları var.

"Dövlət başçılarının, təbliğçilərin, alim və mütəfəkkirlərin İslamın təməlini sarsıtmış, onun dünyadakı imicinə zərbə vurmuş hər cür ekstremizmə, terrorizmə və İŞİD idealogiyasına qarşı mübarizə aparmaları üçün "Hüquq risaləsi"nə ehtiyacları var", - deyə nigeriyalı rəsmi çıxışında vurğulayıb.