22 Noyabr 2024 - 22
"İmam Səccadın (ə) "Hüquq risaləsi" fəlsəfi baxımdan fundamental və mütərəqqi bir layihədir. Alimlər, ziyalılar, yazıçılar və islahatçılar İmam Səccad tərəfindən irəli sürülmüş prinsipləri aydınlaşdırmalı və bu prinsiplərin əsaslarını tədqiq etməlidirlər".
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu sözləri Tunisin Strateji Araşdırmalar Mərkəzinin baş meneceri Mazin əl-Şərif Kərbəlada keçirilən Beşinci Beynəxalq "Təratil Səccadiyyə" festivalında çxışı zamanı deyib.
"Hüquq risaləsi"nə ciddi yanaşmanın əhəmiyyətinə toxunan Mazin Şərif bu mənbənin insanlığı tərəqqiyə aparan və inkişafa yönəldən mütərəqqi bir məxəz olduğunu vurğulayıb.
Tunisli nümayəndə, həmçinin bildirib ki, İmam Səccadın ismarıcları İlahi çağırışların insan dilində ifadəsidir, çünki İmam bu kitabda qətiyyən özündən fikir irəli sürmür, dediyi hər bir söz məhz Qurani-Kərimə əsaslanıb.
""Hüquq risaləsi"ni bütün incəliklərilə tədqiq etmək olduqca vacibdir, insanların nədən məhrum olduqlarına, başqa sözlə Əhli-beyt elmindən uzaq düşdüklərinə diqqət etmək lazımdır", - deyə əl-Şərif qeyd edib.
Bildirək ki, Beşinci Beynəxalq "Təratil Səccadiyyə" festivalı 05-07 oktyabr tarixlərində Kərbəla şəhərində İmam Hüseyn ziyarətgahında keçirilib. Beynəlxalq tədbir İmam Zeynəlabidinin (ə) şəhadətinin ildönümündə təşkil edilir.