22 Noyabr 2024 - 22
Müsəlmanların dördüncü imamı həzrət İmam Zeynəlabidinin (ə) ötən həftə qeyd edilmiş şəhadətinin ildönümü ərəfəsində Kərbəla şəhərində yerləşən İmam Zeynəlabidin hospitalı xəstələrə pulsuz xidmət göstərib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, tibb müəssisəsinin rəhbərliyi ötən cümə günü göstərilmiş pulsuz tibbi xidmətlərin siyahısını açıqlayıb.
"Xəstəxanaya 1514-dən çox müraciət daxil olub, 2695 laborator müayinə və 500 radioqrafik analizlər həyata keçirilib. Burada, həmçinin qeysəriyyə əməliyyatı ilə 10, normal doğuşla 10 uşaq dünyaya gəlib, 6 nəfərdə ürək katerizasiyası həyata keçirilib", - deyə hospitalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mustafa Musəvi bildirib.
Onun sözlərinə görə, göstərilmiş pulsuz tibbi xidmətlərin ümumi dəyəri İraq valyutası ilə 45 milyon 607 min dinar (66 min manat) olub.
Bildirək ki, İmam Hüseyn ziyarətgahının nəzdində təsis edilmiş xəstəxana tez-tez humanitar və xeyriyyə fəaliyyətləri göstərməklə özəl statuslu hopital kimi deyil, xidməti tibb müəssisəsi kimi işləyir.