03 Dekabr 2024 - 3
Düşmənlərin istəyinin əksinə olaraq, hər il Ərbəin ziyarətçilərinın sayı artmaqda olsa da, yenə də ayıq-sayıq olmalı, ağıllı hərəkət etməliyik. Düşmənin Ərbəin yürüşünə qarşı çıxması dünənə-bugünə aid deyil. Abbasilərin xilafəti dövründə İmam Hüseynin (ə) ziyarətinə gedənin əlini kəsirdilər, amma bununla belə, insanlar İmam Hüseynin (ə) ziyarətini tərk etmirdilər. Xilafət qadağanı günbəgün sərtləşdirirdi. Hətta elə oldu ki, ziyarətə gedən hər iki ziyarətçinin biri öldürülürdü, ancaq yenə də gedirdilər .
İraqda Səddamın hakimiyyəti dövründə piyada Ərbəin ziyarətinə getməyin cəzası edam idi, lakin ziyarətçilərin aksiyası yenə də davam etdi. Bu günlər bütün terror və təhdidlərə baxmayaraq, Ərbəində milyonlarla ziyarətçinin İmam Hüseynin (ə) ziyarətinə piyada getdiyini görürük.
Bir çox dövlətlər Ərbəin yürüşünün qarşısını almaq üçün milyonlarla pul xərcləyirlər. Lakin Hüseyn (ə) aşiqləri dünyanın hər yerindən o həzrətin ziyarətinə gəlirlər və onların sayı hər il artmaqdadır.
Seyid Mahmud Haşimi