22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Ərbəin zəvvarları İran-İraq sərhədini 20 dəqiqəyə keçə biləcək
16.10.2018

İraq tayfa başçıları Ərbəin zəvvarlarının Şələmçə sərhəd-buraxılış məntəqəsindən Bəsrə və oradan da Nəcəf şəhərinə kimi pulsuz daşınması üçün şəraitin yaradılmasına dair söz veriblər.

Bunu Xorrəmşəhr şəhər imam cüməsi höccətül-islam seyid Əbdülhüseyn Musəvifərd deyib.

Ə.Musəvifərd deyib ki, Şələmçə sərhəd-buraxılış məntəqəsindən İmam Hüseyn (ə) zəvvarlarının gediş-gəlişinin asanlaşdırılması məqsədi ilə bütün infrastruktur yaradılıb. “Hazırda bu sahədə heç bir problem yoxdur. Xorrəmşəhr şəhərinin girişindən Şələmçə sərhəddinə kimi zəvvarların yemək-içmək və məskunlaşmasını təmin etmək üçün 450 mokəb (pulsuz yemək və yatmaq üçün yer) fəaliyyət göstərir. Zəvvarlar ən gec 20 dəqiqə ərzində sərhəddən keçib gedə biləcək.”

O həmçinin qeyd edib ki, Şələmçə sərhəd-buraxılış məntəqəsindən əcnəbilərin gediş-gəlişini nəzərə alaraq cari ildə İranda təhsil alan əcnəbi tələbələr də xidmət göstərəcək və zəvvarları maarifləndirəcək.

Qeyd edək ki, Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər.

İranın İraqla sərhəddə 4 sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Bunlar İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə, Çəzabə, Kirmanşah əyalətində isə Xosrəvi sərhəd – keçid mətəqələridir.

Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.

/Maide.Az/“hawzahnews”/