Keniyada müsəlmanlar və xristianların Ərbəin ziyarəti toplantısı keçiriləcək.
Kerbela.info İQNA-ya istinadən xəbər verir ki, Keniyanın paytaxtı Nayrubinin Park Rud rayonunda yerləşən şiə məscidində keçiriləcək bu mərasimdə tanınmış müsəlman və xrisitian ictimai xadimlər, nüfuzlu şəxslər, din alimləri, müəllim və tələbələr iştirak edəcək.
Toplantı "İmam Hüseyn (ə) hərəkatı; ədalət, azadlıq və bütün bəşəri cəmiyyətlər üçün hüquqların bərpa edilməsi" devizi ilə səfər ayının 20-də İmam Hüseynin (ə) Ərbəin günü (30 Oktyabr) keçiriləcək.
Toplantının keçirilməsində məqsəd İmam Hüseynin (ə) və vəfalı ənsarının Ərbəin mərasiminin əzadarlıq karvanları ilə həmrəylik etməkdir.
Tədbir İran İslam Respublikasının Keniyadakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü ilə keçiriləcək.