22 Noyabr 2024 - 22
İranda iki yerdə Ərbəin zəvvarları üçün Azərbaycan şəhidlərinin adına istirahət düşərgələri qurulub.
Kerbela.info Maide.az-a istinadla xəbər verir ki, Bicar şəhərindəki İmam Hüseyn (ə) məscidinin qarşısında Qarabağ şəhidi Allahverdi Bağırovun, Həmədan şəhərinin girişi Pəyame-Nur Universitetinin qarşısında isə aprel şəhidi Emin Bağırovun adını daşıyan istirahət düşərgələri zəvvarların xidmətinə verilib.
Bu düşərgələrdə Ərbəin ziyarətçilərinin rahatlığı üçün yatacaq, pulsuz yemək, tibbi xidmətlər və internet sistemi hazırlanıb.
Xüsusilə azərbaycanlı zəvvarların həmin düşərgədə istirahət etməsi üçün əvvəlcədən elanlar verilib.
Qeyd edək ki, şəhidlərimizin adını daşıyan düşərgələrin yaradılmasında əsas məqsəd Ərbəin zəvvarlarına xidmətlə yanaşı Azərbaycanın işğal altında olan ərazilərinin tanıdılması, eyni zamanda şəhidlərimizin ruhuna hörmət göstərilməsidir.
Qeyd: Zəvvar daşıyan tur rəhbərlərindən xahiş olunur ki, daha yaxşı xidmət göstərilməsi üçün əvvəlcədən aşağıdakı əlaqə nömrələrindən istifadə etsinlər.
Bicar düşərgəsi üçün: +989142060816 (Kumeyl Baqiri)
+989184165716 (Əli Şəfifullah)
Həmədan düşərgəsi üçün: +989305435085 (Rza)