22 Noyabr 2024 - 22
Ərbəin zəvvarlarının İraq ərazisində daşınması üçün İran bu ölkəyə 500 ədəd avtobus ezam edəcək.
Kerbela.info xəbər verir ki, bu barədə Maide.Az “ABNA”-ya istinadla xəbər yayıb.
Məlumatda deyilir ki, jurnalistlərə açıqlamasında Tehran Avtobuslarının İdarəetmə şirkətinin baş direktoru Peyman Sənəndəci deyib ki, Tehran, Kərəc və Məşhəd bələdiyyəsinin əməkdaşlığı ilə bu avtobuslar İraq ərazisində - Mehrandan Nəcəfə qədər olan yol boyunca Ərbəin zəvvarlarına xidmət göstərəcəklər.
“Mehran-Nəcəf istiqamətində İran şirkətlərindən birinin yük maşınları da zəvvarların daşınmasına cəlb olunub”, - deyə o əlavə edib.
P. Sənəndəcinin sözlərinə görə, zəvvarlara xidmət göstərən avtobuslar güzəştli qiymətlərlə çalışacaqlar.
Bildirək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin ziyarəti münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvimlə 30 oktyabr tarixinə təsadüf edəcək.