03 Dekabr 2025 - 3
İmam Hüseyn ziyarətgahı müqəddəs Kərbəla şəhərinə gələn zəvvarlara pulsuz səhiyyə xidmətləri göstərməyə hazır olduğunu bəyan edib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, tibbi briqadaların sədri Əhməd Cəlil əl-Şimrinin sözlərinə görə, 500 həkimdən ibarət 14 tibb qrupu Kərbəla şəhərinin giriş-çıxış hissələrində yerləşdiriliblər. Buradan müqəddəs məqbərələrin yerləşdiyi Kərbəlanın qədim şəhər hissəsinə doğru hərəkət edən zəvvarlara xidmət göstəriləcək.
Əl-Şimri bildirib ki, tibbi qruplar zəvvarların ehtiyac duya biləcəyi hər cür tibbi avadanlıq və preparatlarla təchiz ediliblər. Fövqəladə hallar üçün 20 ədəd təcili tibbi yardım maşını da xidmətə cəlb olunub. O, həmçinin əlavə edib ki, daha əsaslı tibbi yardım üçün Kərbəla Səhiyyə Departamenti və İmam Zeynəlabidin və əs-Səfir hospitalları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstəriləcək.
Səhiyyə rəsmisinin sözlərinə görə, kiçik cərrahi əməliyyatları həyata keçirmək üçün tibbi qruplara müvafiq mobil otaqlar da həvalə olunub. Nisbətən ağır əməliyyatlar isə müvafiq xəstəxana və hospitallarda həyata keçiriləcək.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto