22 Noyabr 2024 - 22
İmam Hüseyn ziyarətgahının Hüseyni mərasimlər departamenti bəyan edib ki, builki Ərbəin ziyarəti ilə bağlı 10 600 könüllü xidmət qrupu zəvvarlara xidmət göstərmək üçün qeydiyyatdan keçib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə departamentin direktor köməkçisi Mazi əl-Vəzni jurnalistlərə açıqlamasında deyib. Bildirilib ki, İraq və digər dövlətlərin vətəndaşları olan könüllülər hazırla zəvvarlar pulsuz xidmətlər göstərirlər.
"İraqın şiə müsəlmanların ali dini rəhbərliyinin göstərişi və təlimatı əsasında bütün Hüseyni xidmət qrupları qeydiyyatdan keçib, xüsusi lisenziyalarla təmin olunublar. Onlar zəvvarlara daha güvənli və pulsuz xidmət göstərmək və zəvvar izdihamları arasında sıxlıqların qarşısını almaq üçün bacardıqları qədər çalışacaqlar, həmçinin ictimai əmlakın toxunulmazlığı və qorunması işində də yardım göstərəcəklər", - deyə əl-Vəzni əlavə edib.