03 Dekabr 2025 - 3
İraqın “Həşd Şabi” hərəkatının Nəcəf ofisinin rəsmisi Qasim Xəqani Ərbəin zəvvarlarının təhlükəsizliyi barədə açıqlama verib.
“İraq polisi ilə razılaşma əldə etdik. Zəvvarların təhlükəsizliyini qorumaq üçün patrul xidmətləri həyata keçirəcəyik”, - deyə Q.Xəqani diqqətə çatdırıb.
Kerbela.info-nun EastNews.org-a istinadla verdiyi xəbərə görə, hərəkat rəsmisi qeyd edib ki, patrul xidmətlərinin avtomobilləri də zəvvarların keçəcəyi yollarda yerləşdiriləcək.
Qeyd edək ki, İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) nəvəsi həzrət Hüseynin (ə) şəhid olmasının 40-cü günü (red- Ərbəin günü) milyonlarla insan İraqın Kərbəla şəhərinə axışır.
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto