22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Amerikalı keşiş: Ərbəin insani dəyərlərə əsaslanan ən böyük mərasimdir
29.10.2018

"Ərəbin ziyarəti dünyanın ən böyük mərasimi olmaqla insanlığı təmsil edir. Bu mərasimdə dünyanın müxtəlif millətlərini təmsil edən insanların iştirak etməsinə baxmayaraq, onların heç biri hər hansı səpkidə bir-birinə qarşı ayrı-seçkiliyə yol vermir. Onları birləşdirən bir şey var, o da İmam Hüseynin müsibəti və insani dəyərlərdir".

Kerbela.info Imamhussian.org-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Oreqon ştatında kilsə rəhbəri kimi fəaliyyət göstərən və Kərbəlada Ərbəin ziyarətinə qatılmış Con Şak deyib.

O bildirib ki, ilk dəfədir Ərbəin yürüşünə qatılır: "Bu mənim İraqa ilk səfərimdir və mən bu böyük İmamı ziyarət etdiyimə görə şadam".

"Biz Kərbəlaya gedən yolda yolboyu insanlarla sorğu və müsahibələr apararkən bir çox zəvvarlar bizi mehribanlıqla qarşıladılar, bizimlə şəkil çəkdirdilər, söylədilər ki, bizi burada görmələrindən məmnundurlar", - deyə amerikalı keşiş qeyd edib.

C.Şak bu əzəmətli yürüşün Amerika mediasında da layiqincə işıqlandırılacağına ümidini ifadə edib. Onun sözlərinə görə, cəmi bir neçə gün ərzində milyonlarla insanın Kərbəlaya axın etməsi məhz ədalətin və haqqın qələbəsinə olan ümidin göstəricisidir. Bu mərasimlə ədalət və haqq naminə çalışanlar ədalətsizlik və zülm üzərində qələbə çalacaqlarına ümidlərini ifadə edirlər.

"Ən gözəl təəssüratlarımdan biri bu oldu ki, bütün zəvvarlar düşünürlər ki, Hüseyn nəinki təkcə onlara məxsus deyil, əksinə Hüseyn bütün bəşəriyyətindir, əsl şərəf və insanlıq hisslərinə malik bütün insanlar Hüseyni özünə məxsus bilir", - deyə C.Şak sözlərinə əlavə edib.