03 Dekabr 2025 - 3
"Ədalət və İslam dini böyük şəxsiyyət olan İmam Hüseynin özünü fəda etməsi sayəsində qələbə qazandı".
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu sözləri Ərbəin mərasiminə qatılmaq üçün Kərbəla şəhərinə gəlmiş gürcüstanlı protestant pastoru Malxaz Sonqulaşvili deyib.
Gürcüstandan təşrif gətirmiş keşiş bəyan edib ki, Bibliyada qeyd olunan "Fəratın qətlə yetirilmiş şəxsi" ifadəsində məqsəd məhz İmam Hüseyndir.
Pastor Sonqulaşvili qeyd edib ki, o, müqəddəs torpağı öpmək üçün Kərbəlaya gəlib: "Mən burada bütün insanlar üçün dua etdim. Çünki buranın şövqverici və ruhlandırıcı bir məkan olduğunu gördüm".

Beyond#Imam_Husasain’s death there is a victory. #Arbaeen #Karbala pic.twitter.com/GfpMsPtMg9
— Sameyakhalil (@azameel) October 30, 2018
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto