22 Noyabr 2024 - 22
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Ərbəin günü ilə bağlı böyük izdihamlar şəklində yürüş keçirilir.
Kerbela.info "Tasnim"-ə istinadla xəbər verir ki, İmam Hüseynin şəhadətinin qırxıncı günü ilə bağlı əzadarlıq keçirən insanlar piyada şəkildə Rey şəhərində yerləşən Şah Əbdüləzim əl-Həsəninin türbəsinə doğru hərəkət edirlər.
Mərasimdə motosiklet sürücüləri müvafiq prospektləri bağlayaraq əzadarların sərbəst hərəkət etməsinə şərait yaradıblar.
Bildirək ki, bu ənənə İranda son bir neçə il ərzində meydana gəlib. Belə ki, hər il İraqın Kərbəla şəhərinə doğru Ərbəin yürüşünə qatıla bilməyənlər Tehran şəhərində "Geridə qalanların yürüşü" adlı mərasim təşkil edirlər. Böyük izdihamlar şəklində Tehranın müxtəlif bölgələrindən gələn insanlar Reydəki Əbdüləzim Həsəni ziyarətgahına doğru piyada yol alırlar.
Qeyd edək ki, bu gün Ərbəin günü ilə əlaqədar İraqın Kərbəla şəhərinə milyonlarla zəvvar toplaşıb.