03 Dekabr 2025 - 3
Kərbəla şəhərində baş tutmuş Ərbəin ziyarətilə paralel olaraq İranın Qum şəhərində də İmam Hüseynin şəhadətinin qırxıncı günü münasibətilə izdihamlı əzadarlıq yürüşü keçirilib.
Kerbela.info "QomNews"-a istinadla xəbər verir ki, yürüşdən əvvəl Qum şəhərində yerləşən həzrət Xanım Fatimeyi-Məsumənin ziyarətgahında əzadarlıq mərasimi keçirilib. Çoxlu sayda Əhli-beyt sevərlər əvvəlcə Xanım Məsumənin məqbərəsinə toplaşıblar, daha sonra Qum şəhərindəki Cəmkəran məscidinə doğru piyada yürüşə çıxıblar.
Bu yürüşdə Nəcəfdən Kərbəlaya doğru uzanan milyonluq Ərbəin yürüşü xatırlanıb, yol boyunca Ərbəin ziyarətnaməsi oxunub, Höccətül-islam Seyid Hüseyn Mömini moizələr edib, məddahlar mərsiyə və növhələr oxuyublar. Mərasim Cəmkəran məscidində də davam etdirilərək sona çatdırılıb.
Qeyd olunub ki, təşkilatçılıq zəif olduğundan zəvvarlar müəyyən çətinliklərlə də üzləşiblər.





























İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto