22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kanadalı deputat: Ərbəin dünyada ən böyük sülhməramlı yürüşdür - Video
02.11.2018

Kanadanın Alberta əyalətinin qanunverici assambleyasının üzvü Anam Kazim Kanada Assambleyasının rəsmi sessiyasında çıxışı zamanı İraqın Kərbəla şəhərində keçirilən Ərbəin yürüşü barədə məlumat verib.

Kerbela.info "Shafaq" agentliyinə istinadla xəbər verir ki, Ərbəin yürüşünü dünyanın ən böyük sülhməramlı aksiyası adlandıran qadın millət vəkili təmsil etdiyi Kalqari rayonunda da müsəlmanların Ərbəinlə həmrəylik yürüşü keçirdiklərini diqqətə çatdırıb.

Kanadalı parlamentar çıxışında bunları deyib:

"Hüseyn ibn Əli özünü ədalət uğrunda fəda etdi. Bu gün həmin hadisədən 1400 il keçməsinə baxmayaraq, hələ də milyonlarla insan dünyanın müxtəlif şəhərlərində yürüşlər keçirdərək Kərbəla şəhidlərinin xatirəsini anır. Bununla Hüseyn inqilabının prinsiplərinin əbədiliyini yaşadır, həmçinin sosial ədalət, şərəf və sülh naminə dəstəklərini ifadə edirlər.

Dünən Ərbəin günü ilə əlaqədar Kalqari şəhərində də yürüş təşkil olundu. Bununla İraqın Nəcəf şəhərindən Kərbəla şəhərinədək - 80 kilometr məsafədə keçirilən milyonluq Ərbəin yürüşü ilə həmrəylik ifadə olundu. Həmin izdihamlı yürüşdə könüllülər Hüseyn zəvvarlarına pulsuz xidmət göstərir, onların yemək, yuyunmaq, istirahət ehtiyaclarını ödəyirlər.

Ərbəin dünyada ən böyük sülhməramlı yürüş olmaqla hər il zəvvarlarının sayı 25 milyona çatır. Hər cür terror təhlükəsinə baxmayaraq insanlar dəstə-dəstə bu ziyarətə yollanırlar".