19 Aprel 2025 - 19
İmam Hüseyn ziyarətgahının nümayəndələri İraqın Ənbar şəhərində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş Ömər Müshib əl-Cinabinin dəfn mərasimində iştirak ediblər.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibində İmam Hüseyn ziyarətgahının şəhidlər və yaralıların işləri üzləri departamentinin direktoru Əhməd Rəsul, onun köməkçisi Heydər əl-Xətib və ziyarətgahın digər əməkdaşları olub.
Babil şəhərində baş tutmuş mərasimdə İmam Hüseyn məqbərəsinin üzərində dalğalanan bayraq şəhid əl-Cinabinin ailəsinə ərməğan edilib.
Dəyərli hədiyyəyə görə təşəkkürünü bildirən şəhid ailəsi öz vətənlərini və müqəddəs məkanları qorumaq kimi şərəfli bir işi icra etdikləri üçün fəxr etdiklərini dilə gətiriblər.
Bildirək ki, İmam Hüseyn ziyarətgahının idarə heyəti mütəmadi olaraq İraqın müxtəlif şəhərlərində vətən uğrunda şəhid olmuşların ailə üzvlərini ziyarət edir, onların problemləri ilə maraqlanır.