22 Noyabr 2024 - 22
Ötən həftənin Şənbə günü, (3 Noyabr 2018-ci il) Hindistanın paytaxtı Dehli şəhərinin İslam Mədəniyyəti Mərkəzində bu ölkənin müxtəlif elmi və məzhəbi şəxsiyyətləri, incəsənət və mədəniyyət adamlarının iştirakı ilə "İmam Hüseyn (ə) günü" seminarı keçirilib.
Kerbela.info İQNA-ya istinadən xəbər verir ki, seminarda Kərbəla şəhidlərinin fədakarlığı və vəfadarlıqlarının böyüklüyü, İmam Hüseynin (ə) qiyamının xüsusi bir məzhəbə deyil, bütün bəşəriyyətə aid olması kimi müxtəlif mövzularda çıxışlar edilib.
Dehlinin "Mövlana universiteti"nin rəisi Prof. Əxtər Əlvase, Dehlinin Milli İslam Universitetinin ustadı Əzra Abidi və Hindistanın İslami Mədəniyyət Mərkəzinin rəisi Sirac əd-Din bu seminarda çıxış ediblər.
Ayətullah Xameneinin Hindistandakı xüsusi nümayəndəsi Höccətul-İslam vəl-müslimin Mehdi Məhdəvipur seminarın xüsusi qonağı olub. O, seminarda İmam Hüseynin (ə) misilsiz şəxsiyyətindən danışaraq deyib: Milyonlarla insanın ƏRBƏİN mərasimində iştirakı Kərbəla şəhidlərinin uca məqamının göstəricisidir.
O əlavə edib: Bu gün dünyanın ən ucqar nöqtələrində İmam Hüseynin (ə) xatirəsi anılır. Amma milyonların qatıldığı ƏRBƏİN mərasiminin qarşısında imperializm mediası susur və bu möhtəşəm mərasimi İraq hakimiyyətinə nisbət verirlər. Halbuki belə deyil və İraq dövlətinin rəsmi açıqlamsına görə, bu yürüşdə 17 milyon nəfər iştirak edib və bu rəqəm Səfər ayının sonunadək 20 milyona çatacaqdır.