24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Britaniya lordu: Şiələr sülh və ədalətin tərəfdarıdırlar
10.11.2018

"Şiə müsəlmanlar sülh və azadlığın tərəfdarıdırlar. Onlar, hətta öz düşmənlərinə qarşı da humanizm nümayiş etdirirlər".

Kerbela.info "Shafaq" agentliyinə istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniya Lordlar Palatasının fəxri üzvü, Leyboristlər Partiyasının təmsilçisi Lord Moris Qlasman deyib. Məlumatı İraqın "almaalomah" portalı yayıb.

"Associated Press" agentliyinin yaydığı məlumata görə, Lord Qlasman İŞİD-ə qarşı mübarizədən qalib ayrılmış İraq dövlətini daha yaxından tanımaq üçün iraqlı dostlarının dəvətilə oktyabr ayında buraya səfər edib.

Bir qrup media təmsilçisinin müşayiəti ilə Nəcəfdən piyada yola düşmüş britaniyalı lord oktyabrın 28-də - Ərbəin günləri ərəfəsində Kərbəla şəhərinə çatıb.

"İstər siyasi, istər əxlaqi, istərsə də mənəvi baxımdan bu səfərim son dərəcə ülvi bir ziyarət oldu", - deyə o, səfər təəssüratını bölüşərkən deyib.

Lord Moris Qlasman vurğulayıb ki, suyu İmam Hüseynin üzünə bağlayan Yezid yalnız şəxsi maraqların və amansız istibdadın simvoludur. Halbuki İmam Əli və onun Əhli-beyti Müaviyə ilə son dərəcə ədalətlə rəftar etmişdilər. Məhz bu cür faktorlar bu gün şiələrə ilham verir ki, başqaları ilə yalnız ədalət müstəvisində rəftar etsinlər.

Bildirək ki, Moris Qlasman 1961-ci ildə Londonda yəhudi ailəsində dünyaya gəlib. İxtisasca siyasi nəziyyəçi olan Qlasman sosial şərhçi kimi də fəaliyyət göstərib. Akademik elmi dərəcəyə yiyələndikdən sonra 2011-ci ildə Britaniya Lordlar Palatasının ömürlük fəxri Baronu vəzifəsinə seçilib.