21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyni ziyarət etmək barədə tövsiyələr
30.11.2018

İmamlar bu hadisəni hansı metodlarla əzəmətləndiriblər və hansı yollarla bu hadisəyə işarə ediblər. Birinci metod ziyarətdir. İmamlar İmam Hüseynin ziyarətini çox savablarla tövsiyə ediblər. O qədər savab deyiblər ki, bəzən insan o savabların hamısını eşidəndə istəyir işini gücünü buraxıb ziyarətə getsin. Ziyarətə tövsiyə etməkdə məqsəd ziyarətin savablarını və əsərlərini bildirməkdir. Hədislərdə var ziyarətin insanda həm mənəvi, həm axirət, həm də dünya təsiri vardır. Bu da İmam Hüseyni əzəmətli şəkildə yad etməkdən və bu məktəbi ayaqda saxlamaqdan ötəri bir metoddur.

Quranda bir ayədə buyurulur: “Qiyamət günü təqvalılar cənnətdədirlər və geniş fürsətli yerdədilər və Allah nəzdindədirlər”. Allahın nəzdində olmaq sözü özü bir irfani sözdür. İnsan cənnətdədir və Allahın nəzdindədir. İmam Rza (ə) buyurur ki, kim İmam Hüseyni ziyarət edə, İmam Hüsyenin haqqın tanıya (yəni bu ziyarət o məktəbi tanımaqdan irəli gələ ki, İmam Hüseynin dinə nisbət, insanlarda, aləmdə nə haqqı var idi) bu şəxs elə bil Allah ilə söhbət edir. Yəni İmam Hüseynin ziyarəti Allah ilə söhbət etməkdir.

Məhəmməd Baqir Saivər