21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Qloballaşma prosesinə Kərbəla aspektindən baxış
11.12.2018

Hal-hazırda dünyada belə bir proses baş verməkdədir. Bu prosesin adı qloballaşmadır. Bu proses iki yerə bölünür. Qloballaşma və qloballaşdırma. Mahiyyət olaraq ikisi də eyni məzmun daşısa da, qloballaşma təbii formada baş verməkdədir, qloballaşdırma isə xüsusi bir şəkildə, kimlərsə tərəfindən yürüdülən bir məsələdir.

Bu məsələdə də xüsusi maraqlar mövcuddur. Burada iqtisadi maraqları da qeyd etmə olar. Bu, kapitalizmin əsas xüsusiyyətlərindəndir ki, hal-hazırda da baş verməkdədir.

Qloballaşma təbii proses olaraq insanlıqla bərabər mövcuddur. Yəni bəşəriyyət mövcud olandan bu yana qloballaşma prosesinin də mövcud olduğunu qeyd etmək olar. Amma keçən əsrin sonlarında bu məsələ daha da sürətlənməyə başladı. Xüsusilə elmi-texniki tərəqqinin getdikcə sürətlənməsi sayəsində bu proses daha da vüsət aldı.

Burada qeyd etdiyim proseslə yanaşı məsələnin mənəvi tərəflərinə toxunmaq istəyirəm. Qloballaşmanı sadə dildə izah etsək, belə deyərdik ki, bu proses bişirilən bir yeməkdir və dünyanın hər yerində hamı ondan istifadə etməkdədir. Və getdikcə bunun bizim cəmiyyətimizdə də təzühürünü görməkdəyik. Hal-hazırda sosial şəbəkələri də qloballaşmanın tərkib hissəsi hesab edə bilərik.

Məsələyə bir də Kərbəla aspektindən yanaşaq. Hal-hazırda Kərbəla hadisəsi qloballaşmanın içərisindədir. 1400 ilə yaxındır ki, insanlar İmam Hüseynə doğru axın etməkdədir, bu yolda qarşılıqlı yardımlaşmaqdadır və bir-birinə kömək etməkdədir. Dediyimiz digər qloballaşma təzahürlərində əgər şəxsi mənfəət, eqo, mənəmçilik hissi aparıcıdırsa, Kərbəlaya doğru yürüşdə bunun əksi olaraq fədakarlıq ənənəsi aparıcı yer tutmaqdadır və bu proses günü-gündən daha da artmaqdadır.

Bu hadisə (Kərbəla olayı - red.) məkan olaraq İraqda baş verdiyi üçün İraq məsələsinin üzərində durmaq istərdim. Hal-hazırda İraq əhalisi Kərbəla hadisəsini günü-gündən daha da rövnəqləndirməkdədir. Bu, təbii br proses olaraq baş verir. Hər il Ərbəin ziyarətində bu məsələ daha da qabarıq şəkildə özünü göstərir.

Zəvvarların imama doğru axını zamanı İmam Hüseynin əshabının Aşura günü göstərdiyi fədakarlıq prosesini İraq əhaləisi əməli surətdə davam etdirməkdədir. Onlar müxtəlif yollarla, müxtəlif vasitələrlə İmam Hüseynin zəvvarlarına xüsusi dəstəklərini nümayiş etdirirlər. 600-700 min əhalisi olan Kərbəla şəhərini Ərbəin vaxtı rəsmi məlumatlara görə 15 milyona yaxın zəvvar ziyarət edib. Burada qabarıq şəkildə görünən odur ki, heç bir maddi mənfəət güdülmür, əksinə əhali öz fədakarlığını ortaya qoymaqdadır.

İnsanlar bunu Allah qarşısında, imam qarşısında özlərinə mənəvi borc bilirlər. Bunun da kökü Qurani-Kərimə qayıdır. Qurani-Kərimdə belə bir məntiq var - bərəkət məntiqi. Bu, təmiz niyyət ilə edilən hər hansı bir yaxşılığın qarşılığı olaraq Allah yanında onun bərəkətinin günü-gündən artmasıdır. Mən deyərdim ki, bu yaxşılıqların hamısının kökü İmam Hüseynin Kərbəlada etdiyi bir saleh əməlin bu günlərdə təcəssümüdür və bu saleh əməlin başqa formada təzahürüdür. Ona görə də günü-gündən insanların Kərbəlaya meyili artır.

Samir Əzizov/Kerbela.info