03 Dekabr 2025 - 3
Norveçin İraqdakı fövqəladə və səlahiyyətli səfiri xanım Tona Elizabet Bakfold onu müşayiət edən nümayəndə heyətilə birlikdə Nəcəfi-Ərşəf şəhərində İmam Əlinin müqəddəs məqbərəsini ziyarət edib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, rəsmi qonaqlarla müqəddəs ziyarətgahın ictimaiyyətlə əlaqələr şöbəsində görüş keçirilib.
"Bu mənim İmam Əlinin müqəddəs ziyarətgahına ilk səfərimdir və burada olmağımdan olduqca şadam. Mən hələ də İmam Əlinin xarakterik xüsusiyyətlərini və mənəvi keyfiyyətlərini öyrənib tədqiq edirəm. Bu yolla İslam dini barədə biliklərimi zənginləşdirirəm. İmam Əlinin mənəvi keyfiyyətləri mənə çox şey öyrədib", - deyə səfir Tona Bakfold söhbətində bildirib.
Səfir əlavə edib ki, müqəddəs məkanı gəzərkən buranın arxeoloji və tarixi özəllikləri onu valeh edib, məqbərənin arxitektura baxımdan dizaynı isə xüsusilə diqqətini çəkib.

İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto