03 Dekabr 2025 - 3
İmam Hüseyn ziyarətgahı müqəddəs Kərbəla şəhərində qadınlar üçün universitetin inşası ilə bağlı İraqın Təhsil Nazirliyindən razılıq aldığını bəyan edib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə ziyarətgahın baş direktorunun müavini Əfzəl əş-Şami məlumat verib.
Ziyarətgah kompleksinin təmsilçisi bildirib ki, Nazirlik 9 saylı qətnamə ilə əz-Zəhra Qadın Universitetinin inşasına icazə verib.
Əş-Şaminin sözlərinə görə, Universitet üç kollecdən ibarət olacaq: Səhiyyə və Tibb Texnologiyası Kolleci, Pedaqoji Kollec və Farmakologiya Kolleci. Universitet tələbələrin qəbuluna növbəti semestrdə - 2019-2020-ci təhsil ilində başlayacaq.
Varis Universitetilə bağlı məsələyə də aydınlıq gətirən ziyarətgah rəsmisi bildirib ki, hələlik bu universitetin Kərbəladan kənarda filialının açılması nəzərdə tutulmur. Lakin İmam Hüseyn ziyarətgahı əz-Zəhra Universitetinin Nəcəf şəhərində də filialını açmağı planlaşdırır.



İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto