24 Noyabr 2024 - 24
Kərbəla şəhərində Xanım Zeynəb təpəciyi ziyarətgahının genişləndirilmə layihəsi növbəti Ərbəin ziyarətinədək zəvvarların xidmətində olacaq.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə İmam Hüseyn ziyarətgahının Mühəndislik və Texniki Layihələr Departamenti məlumat verib.
Qurumun bildirdiyinə görə, yeni Xanım Zeynəb ziyarətgahında beton-bərkitmə işlərinin 75 faizi növbəti Ərbəinə qədər yekunlaşdırılacaq.
Departamentin baş mühəndisi Hüseyn Rza Mehdi bildirib ki, işlər plan üzrə davam etdirilir, qazıntı işlərinin 95 faizi artıq tamamalanıb və zəvvar sıxlığını azalmaq üçün yeni yeraltı tunel də inşa ediləcək.
Qeyd edək ki, Xanım Zeynəb təpəciyi ziyarətgahının ərazisi İmam Hüseyn ziyarətgahının ərazisindən 8 dəfə böyük olacaq.