03 Dekabr 2025 - 3
Ziyarət sözü “zəvər” sözündən götürülərək bir şeyə meyl etmək və başqa bir şeydən üz çevirmək deməkdir. Bu baxımdan, ziyarətdə iki xüsusiyyət vardır: bir şeydən üz çevirmək və bir şeyə, yaxud şəxsə meyl etmək, üz tutmaq.
Əsl ziyarətçi hamıdan ayrılır, hər şeydən əl çəkir və sevdiyi şəxsin görüşünə can atır. Ziyarətin fiqhi şərti də qürbət qəsdi etmək, yəni Allaha yaxınlaşmaq məqsədilə ziyarətə getməkdir. Deməli, “ziyarət” sözü bir termin kimi, hər şeydən ayrılmaq və qürbət qəsdi ilə məsumun müqəddəs hüzuruna can atmaqdır.
Məsumun həyatda olub-olmamasından asılı olmayaraq, ziyarət onunla əlaqə amilidir. Ziyarət bu əlaqəni gücləndirir və əbədiləşdirir, əsl şiələr yetişdirir. Ziyarət çoxlu fərdi və ictimai təsirləri, ideoloji, mədəni, siyasi, iqtisadi və irfani aspektləri olan çoxcəhətli bir əməldir.
Seyid Mahmud Haşimi Dehsorxi
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto