22 Noyabr 2024 - 22
Kərbəla şəhərində İmam Hüseyn ziyarətgahının nəzdində fəaliyyət göstərən İmam Səccad hospitalı bu il göstərdiyi tibbi xidmətlərin statistikasını açıqlayıb.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, hospitalın nümayəndəsi Mustafa Musəvinin bildirdiyinə görə, burada göstərilmiş müxtəlif tibbi xidmətlərin sayı 260 093 olub.
Bu xidmətlərə klinik müayinələr, laboratoriya analizləri, palatalardakı xəstələrə xidmətlər, kardioloji katerizasiya, cərrahi prosedurlar daxildir.
Qeyd olunub ki, ultrasonic, maqnitik rezonans, helizoniya, qastroskopiya və digər laboratoriya analizlərinin ümumi sayı isə 322 877 olub. Beləliklə, bu il ərzində İmam Səccad hospitalının tibbi xidmətlərindən istifadə sayı yarım milyonu keçib.
M.Musəvinin sözlərinə görə, 2018-ci il ərzində hospitalda göstərilmiş pulsuz cərrahi və müayinə işlərinin sayı 1106 olub ki, bu xidmətlərin ümumi xərci 1,5 milyon İraq dinarına bərabər olub.
O əlavə edib ki, hospitalda onurğa sütunu, çanaq oynağının birləşdirilməsi, xroniki ürək xəstəlikləri, xroniki oynaq çıxıqları kimi müxtəlif mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilib.