24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

İmam Hüseynlə həzrət Abbas ziyarətgahları yerin altı ilə birləşəcək - Foto
03.01.2019

İmam Hüseyn ziyarətgahının mühəndislik departamenti bəyan edib ki, İmam Hüseynlə həzrət Abbas ziyarətgahlarını birləşdirəcək nəhəng yeraltı tunel layihəsinin hazırlanmasına start verilib.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə açıqlamasında departamentin direktoru Hüseyn Rza Mehdi bunları deyib: "Bu, yaxın illərdə reallaşdırılması planlaşdırılan ən böyük layihələrimizdən biridir. Yeraltı tunel İmam Hüseyn ziyarətgahı ilə həzrət Abbas ziyarətgahı arasında hərəkət etmək istəyən zəvvarlar üçün nəzərdə tutulub".

Direktorun sözlərinə görə, layihə izdihamlı ziyarətlər zamanı zəvvar sıxılığını azaltmaq üçün mühüm əhəmiyyətə malik olacaq, həmçinin zəvvarların rahat hərəkət edə bilməsi üçün daha çox sahə və genişliyə malik olacaq.

Bildirək ki, hazırda İmam Hüseyn ziyarətgahının genişləndirilməsi layihəsinin birinci mərhələsi çərçivəsində 52 min kvadrat metr sahədə işlər aparılır. Strateji planın yekununda müqəddəs məkanın ümumi sahəsi yarım milyon kvadrat metrə çatacaq.