03 Dekabr 2025 - 3
İmam Hüseyn ziyarətgahının dini məktəblər departamenti "Əl Müntəzər" məlumatlandırma layihəsinə start verib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, dini və mədəni əhəmiyyətli layihə dünyanın müxtəlif ölkələrində İslam dinini qəbul etmiş xeyli insanın diqqətini çəkib.
Layihə çərçivəsində Kərbəladakı Seyyidüş-Şühəda kompleksində müqəddəs Qurani-Kərim, fiqh, əxlaq və etiqad sahələri üzrə çoxlu dini və mədəni mühazirələr təşkil edilib.
Quran üzrə mühazirələr Şeyx Əli əl-Xəfaci tərəfindən oxunub. Quran ustadı müqəddəs kitabın qiraətilə eyni zamanda onun mənasını da anlamağın əhəmiyyətindən danışıb.
Mühazirə əsnasında sual-cavab seqmenti təşkil olunub, Qurani-Kərim və həzrət İslam Peyğəmbərinin (s) sünnəsi üzrə ümumi suallar cavablandırılıb.
İslam dini ilə yenicə tanış olmuş iştirakçılar layihədən məmnun olduqlarını ifadə ediblər və müqəddəs ziyarətgahın təşkilatçılığı ilə növbəti oxşar layihələrin həyata keçirilməsini arzulayıblar.


İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto