03 Dekabr 2025 - 3
Həzrət Əbəlfəzl Abbas ziyarətgahının rəhbərliyilə İraqın Bəsrə şəhərində suyun duzsuzlaşdırılması üzrə yeni müəssisə inşa edib.
Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, bu barədə ziyarətgahın mətbuat xidməti məlumat yayıb.
Mühəndislik layihələri departamentinin baş mühəndisi Ziya Məcid əl-Sayiq bildirib ki, Bəsrənin Müheylə Şətt əl-Ərəb məntəqəsində tikilməkdə olan duzsuzlaşdırma zavodunda işlər tamamlanıb.
Qeyd olunub ki, bu müəssisə Bəsrədə içməli su problemini həll etmək üçün İraqın ali şiə ruhaniyyəti tərəfindən təsis edilmiş mühəndis qrupunun irəli sürdüyü çıxış yollarından biridir.
Məcid əl-Sayiqin sözlərinə görə, bu müəssisə saatda 30 min litr içməli su hasil etmək potensialına malikdir və İtaliya istehsalı olan yüksək keyfiyyətli pompalarla təmin edilib. Müəssisənin inşası üçün gətirilmiş bütün avadanlıqlar hər növ laboratoriya və keyfiyyət sınaqlarından keçiriliblər.
Bildirək ki, İraqın neftlə zəngin olan Bəsrə bölgəsində içməli su böhranı yaşanmaqdadır.


İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto