22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Kərbəlada İmam Hüseyn barədə müsabiqəyə start verilir
18.01.2019

2019-cu il ənənəvi XV Beynəlxalq Şəhidlik Zirvə Konfransının hazırlıq komitəsi bəyan edib ki, İmam Hüseyn mövzusunda hər il keçirilən növbəti beynəlxalq sənədli film müsabiqəsinə start verilir.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, komitə bu işdə maraqlı olan hər kəsi müsabiqədə iştirak etməyə dəvət edib.

Müsabiqənin şərtləri aşağıdakı kimi açıqlanıb:

1) Sənədli iş İmam Hüseyn mübarizəsinin müxtəlif aspektlərindən, təsvirlərindən və nəticələrindən bir mövzunu seçərək məhz ona əsaslanmalıdır və konfransın əsas məqsədinə xidmət etməlidir.

2) İş İmam Hüseynin məramına, İslamın dini nüfuzuna, dini və sosial ənənələrə və İslami qaydalara həsr olunmalıdır.

3) Hazırlanacaq material əvvəllər heç yerdə nəşr edilməməli, yaxud hər hansı sosial şəbəkədə nümayiş olunmamalıdır.

4) Sənədli iş ərəb dilində deyilsə, ya ərəb dilində altyazı əlavə olunmalı, ya da ərəb dilinə tərcümə edilməlidir.

5) Sənədli filmin müddəti 15 dəqiqəni keçməməlidir.

6) Sənədli filmin son təhvilverilmə tarixi 1440-cı hicri ilinin Rəcəb ayının 1-dir, bu da miladi təqvimlə 2019-cu ilin 7 mart tarixinə təsadüf edəcək.

7) Sənədli işin üzərində hər hansı bir şeyi təbliğ edən heç bir loqo və prodüser imzası olmamalıdır.

8) Heç bir halda sənədli filmin hər hansı bir hissəsi silinməməli, dəyişdirilməməli, yaxud yenidən işlənməməlidir.

9) Sənədli iş DVD disk vasitəsilə İmam Hüseyn ziyarətgahının sənədli işlər komitəsinə təqdim edilməlidir. Yaxud son tarixə kimi baxılması üçün rabee@alkafeel.net elektron poçt ünvanına göndərilməlidir.

10) Sənədli materialın başlığı, orijinal dili, müddəti, istehsalçının adı və ərsəyə gətirildiyi ölkə DVD diskinə əlavə olunmalı, yaxud elektron yolla göndərilərsə, elektron mesajda qeyd olunmalıdır.

11) Komitə müsabiqə üçün qəbul olunmuş sənədli işlərin siyahısını konfransdan əvvəl 20 Rəcəb (27 mart) tarixindən gec olmayaraq açıqlayacaqdır.

12) Komitənin təqdim edilmiş sənədli işləri özündə saxlamaq, rəqəmsal formatda arxivləşdirmək hüququ var. Sənədli materiallar İmam Hüseyn barədə sənədli işlər kitabxanasında qorunmaq məqsədilə arxivləşdiriləcək.

Qaliblərə təqdim ediləcək mükafatlar:

Birinci yer - 5 milyon İraq dinarı (Təxminən 4000 ABŞ dolları)
İkinci yer - 3 milyon İraq dinarı (Təxminən 2500 ABŞ dolları)
Üçüncü yer - 2 milyon İraq dinarı (Təxminən 1500 ABŞ dolları)

Müsabiqədə fərqlənən digər iştirakçılara isə xatirə lövhələri təqdim ediləcək.